Dövlət Departamenti “Politico”nu təkzib etdi

Yayımlandı: 16 Oktyabr 2023 11:59

“Bu məqalədəki mesajlar qeyri-dəqiqdir və Blinkenin fikirlərini əks etdirmir”

ABŞ Dövlət Departamenti  “Politico” nəşrinin oktyabrın 14-də yaydığı məqaləyə reaksiya verib.

Dövlət Departamenti nəşrin dövlət katibi Entoni Blinkenə istinad edərək yaxın həftələrdə Azərbaycanın Ermənistana hücum hazırladığını iddia edən məqaləsini təkzib edib.

“Bu məqalədəki mesajlar qeyri-dəqiqdir və katib Blinkenin qanunvericilərə dediklərini heç bir şəkildə əks etdirmir”, – deyə Dövlət Departamentinin sözçüsü bildirib.

Məlumatı oktyabrın 15-də “Turan” yazıb.

 “Politico” nəşri yazmışdı ki, Entoni Blinken ötən həftə kiçik bir qrup konqresmenlərə Azərbaycanın Ermənistana hücum edəcəyi xəbərdarlığını edib.

Həmçinin bildirib ki, onun departamenti bu məsələni yaxından izləyir.

 “Politico”ya bu söhbətdən xəbəri olan iki nəfər məlumat vermişdi.

Nəşr yazır ki, Azərbaycanın işğal edəcəyi ehtimal olunan ərazi Ermənistanın cənubudur.

Dövlət Departamentinin rəsmisi “Turan”a bildirib ki, ABŞ Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir:

Biz vurğuladıq ki, suverenliyin və ərazi bütövlüyünün istənilən pozulması ciddi nəticələrə səbəb olacaq”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button