Donetsk və Luqansk Ukraynaya qaytarıla bilərmi?

“Vahid Rusiya” Ali Şurasının katibi Andrey Turçak bildirib ki, Rusiya Donetsk və Luqanskı dəstəkləmək üçün onları müxtəlif növ silahlarla tədarük etməlidir.

Turçakın sözlərinə görə, “Vahid Rusiya” bloku “Ukraynanın Qərbin məhvedici silahlarla vurulmasından narahat olub. Ona görə də Donetsk və Luqanska mümkün təcavüzün qarşısını almaq və müdafiə qabiliyyətini artırmaq üçün dərhal silahla təhciz edilməlidir:

“Hesab edirəm ki, bu şərtlər daxilində Rusiya Luqansk və Donetsk Xalq Respublikalarına onların müdafiə qabiliyyətini artırmaq və Kiyevin açıq-aşkar hazırladığı hərbi təcavüzün qarşısını almaq üçün müxtəlif növ silahların tədarükü şəklində lazımi yardım göstərməlidir”. Turçakın bu ultimativ bəyanatı “Rossiya-24” kanalı tərəfindən yayımlanıb.

Turçak daha sonra deyib ki, “Praktiki olaraq NATO-nun bütün aparıcı ölkələri bunu çox geniş miqyasda edirlər. Təsəvvür edin ki, təkcə bu il və yalnız ABŞ və Böyük Britaniyadan Ukraynaya onlarla uçuş həyata keçirilib. Raket sistemləri, qumbaraatan atıcı qurğular, atıcı silahlar, minalar, döyüş sursatları və daha çox şeylərlə Ukraynanı təhciz ediblər.

Turçak əlavə edib ki, NATO ölkələri “tutduqları mövqeni inkar etmirlər”. “Üstəlik, NATO-nun çox sayda lal-təlimatçıları, nizami ordusu Ukraynaya daşınır. Digər məqsədlərlə yanaşı, onlar Ukraynanın müxtəlif hərbi hissələrində təlimlər keçir və hərbçiləri şəhər şəraitində döyüş əməliyyatlarına hazırlayırlar. Eyni zamanda, atılan mərmilərin də sayı Luqansk və Donetsk vilayətlərində dəfələrlə artıb.  Dinc əhali ölür və bu zaman Qərb Ukraynanı birbaşa Donbası geri qaytarmağa sövq edir, qəhrəmanları Bandera və Hitler olan milli batalyonları silahlandırır”, – Turçak belə deyib.

Xural.com

mənbə

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button