“Donbas işğaldan azad ediləcək!” Bunu Zelinski deyib

Ukrayna prezidenti Vladimir Zelenski Donbasın heç vaxt Rusiya ərazisi olmayacağını və işğaldan azad olacağını bildirib. 

Bu barədə o, “Dom TV”-yə verdiyi müsahibədə qeyd edib.

Donbasın heç vaxt rus torpağı olmayacağını vurğulayan Zelenski, orada yaşayan insanlara səslənərək bu sözləri deyib:

“Əgər Rusiyanı sevirsinizsə və ömrü boyu yaşadığınız Ukrayna torpağını Rusiya hesab edirsinizsə, uşaqlarınız və nəvələriniz üçün Rusiyaya  gedib, yer axtarmalısınız”.

Bununla yanaşı, Ukraynasız Donbasda bir mədəniyyət olmayacağını ifadə edən Zelenski:

“Donbasın Ukrayna torpağı olduğunu bilirsinizsə, Ukrayna bayrağına və dilinə hörmət edin və gözləyin!  Donbas işğaldan azad olacaq!”,- deyə ifadə edib.

Ukrayna rəhbəri  son olaraq, “Almaniyadakı divarın dağıldığı kimi Donbas da azad ediləcək” şərhi ilə sözünü bitirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button