DİN şəhid xanımının öldüyü qəzanın təfərrüatını açıqlayıb-FOTOLAR

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi şəhidi mayor Rəhim Hüseynovun anım mərasiminə gedən xanımı Günel Ələsgərova Kürdəmir ərazisində avtomobil qəzası nəticəsində dünyasını dəyişib. “Ford” markalı avtomobilin idarəetmədən çıxaraq aşması şəhid xanımı ilə yanaşı, 1983-cü il təvəllüdlü Emin Tağıyevin də ölümünə səbəb olub.

Daxili İşlər Nazirliyi (DİN) Kürdəmir rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən xural.org-a bildirilib ki, oktyabrın 21-də saat 14 radələrində Kürdəmir rayonunun Şüşün kəndi ərazisində Bakı şəhər sakini Günel Ələsgərova (şəhid Rəhim Hüseynovun həyat yoldaşı) idarə etdiyi “Ford” markalı avtomobili aşırıb.

Nəticədə özü və sərnişini Emin Tağıyev hadisə yerində ölüblər.

Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Dəhşətli qəzanın fotolarını təqdim edirik:

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button