
De Byazi Azərbaycan millisinin baş məşqçi postundan ayrılıb
Yayımlandı: 22 Noyabr 2023 12:13
AFFA onunla müqavilə müddətini uzatmayıb
AFFA futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yollarını ayrıb.
İtaliyalı mütəxəssislə yeni müqavilə imzalanmayıb.
Bu barədə qərar noyabrın 22-də AFFA İcraiyyə Komitəsinin iclasında verilib.
De Byazi 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edirdi. Onun AFFA ilə müqaviləsi bu il noyabrın sonuna qədər qüvvədə idi.



