DÇ-2022: Daha 4 komanda növbəti mərhələyə vəsiqə qazanıb

Yayımlandı: 30 Noyabr 2022 01:10

İran millisi ABŞ-a məğlub olub

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında noyabrın 29-da üçüncü tura start verilib.

A qrupunda 4 xalla ilk iki pilləni bölüşdürən Niderlandla Ekvador yığmaları müvafiq olaraq, Qətər və Seneqalla qarşılaşıb. Qətər millisinin qrupda qalması elə ikinci turdan sonra rəsmiləşmişdi.

Son turda Niderland və Seneqal yığmaları qələbə qazanan tərəf olub. Nəticədə, A qrupundan 1/8 finala məhz bu iki komanda vəsiqə qazanıb. Qətər kimi Ekvador millisi üçün də mundialda mübarizə erkən bitib.

Xal: Niderland – 7, Seneqal – 6, Ekvador – 4, Qətər – 0

B qrupunda İran millisi ABŞ-la, İngiltərə yığması Uelslə üz-üzə gəlib. ABŞ futbolçuları iranlılar üzərində 1:0 hesablı qələbəyə seviniblər. İngiltərə seçməsi isə Uelsə böyük hesabla qalib gəlib – 3:0. Bu nəticələrdən sonra İngiltərə və ABŞ milli komandaları DÇ-2022-nin 1/8 final mərhələsində iştirak hüququ əldə ediblər.

Daha əvvəl Fransa, Braziliya və Portuqaliya yığmaları pley-offa vəsiqəni təmin etmişdilər.

Xal: İngiltərə – 5, ABŞ – 5, İran – 3, Uels – 1.

DÇ-2022, 3-cü tur

30 noyabr

D qrupu
19:00. Tunis – Fransa (“Edyukeyşn Siti” stadionu)
19:00. Avstraliya – Danimarka (“Al Janub” stadionu)

C qrupu
23:00. Polşa – Argentina (Stadion 974)
23:00. Səudiyyə Ərəbistanı – Meksika (“Lusail” stadionu)

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button