
Daxili Qoşunların Füzulidə minaya düşən hərbi qulluqçularının kimliyi məlum olub
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları Füzulidə minaya düşüb. Məlumatı DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.
DİN rəsmisi qeyd edib ki, hadisə Şükürbəyli kəndində baş verib.
Daxili Qoşunların Fizuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb. Füzulidə minaya düşən DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuların adları məlum olub.
DİN-in Daxili Qoşunlarının iki hərbi qulluqçusu Şükürbəyli kəndində piyada əleyhinə minaya hərbi qulluqçular – 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə, 2002-ci il təvəllüdlü Murad Məmmədzadədir.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.



