Danimarkalı rejissor Ukraynaya qırıcı təyyarələrin verilməsinə etiraz edib

Yayımlandı: 23 Avqust 2023 12:35

“Rusların da həyatı önəmlidir”

Danimarkalı rejissor və ssenarist Lars fon Trier F-16 qırıcılarının tədarükü ilə bağlı Ukrayna Prezidenti Volodimir Zelenskiyə və Danimarkanın Baş naziri Mette Frederiksenə müraciət edib.

Trier “İnstagram” səhifəsində status paylaşaraq, Ukraynaya F-16 qırıcı təyyarələrinin verilməsinə etirazını bildirib.

“Cənab Zelenskiyə və cənab Putinə, ən nəhayət, dünən zəmanəmizin ən dəhşətli ölüm maşınlarının birinin kabinəsində ağzı qulaqlarında poz verən xanım Frederiksenə müraciət edirəm: rusların da həyatı önəmlidir”, – Trier yazıb.

Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 20-də Danimarkanın “Eyndhoven” və “Skridstrup” hərbi hava bazalarına baş çəkərək, iki F-16 qırıcısını sınaqdan keçirib. Danimarkanın Baş naziri Mette Frederiksen də Ukrayna prezidenti ilə birlikdə “Skridstrup” bazasında qırıcı təyyarənin kabinəsinə qalxıb.

Prezident Volodimir Zelenski bundan əvvəl Niderland Baş naziri Mark Rutte ilə danışıqlardan sonra Kiyevə 42 ədəd F-16 qırıcı təyyarəsinin veriləcəyini açıqlamışdı.

Pilot və mühəndis hazırlığından sonra qırıcıların Ukraynaya göndəriləcəyini demişdi.

Danimarka Baş naziri Mette Frederiksen də ölkəsinin Ukraynaya 19 F-16 verməyi planlaşdırdığını bildirib.

Daha öncə, 2023-cü il iyulun 7-də ABŞ Prezidenti Co Bayden Ukraynanı kasetli sursatla təmin edəcəyini açıqlayıb.

Bu qərarın Ukrayna Silahlı Qüvvələrində canlı qüvvə çatışmazlığını kompensasiya etmək istəyilə əlaqədar olduğu qeyd edib.

BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın Kiyevə kaset sursatlarının tədarükünə qarşı çıxıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button