
Daha bir qadın bıçaqlandı
Bakıda yenə qadın qısqanc sevgilinin bıçağına tuş gəlib. Xəzər rayonu, Binə qəsəbəsində Bakı şəhər sakini Nərgiz Babayevanı 40 yaşlı sevgilisi Lətif Babayev bıçaqlayıb. XuralTAC-ın məlumatına görə, qanlı hadisə dünən saat 20 radələrində baş verib. Nərgizin qeyri-rəsmi yaşadığı Lətiflə mübahisəsi düşüb. Mübahisə qanlı sonluqla bitib.
Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları L.Babayevi artıq saxlayıblar. L.Babayev sevgilisini qısqandığını və buna görə də bıçaqladığını deyib. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.




