D18 Hərəkatının fəalı saxlanılıb

D18 Hərəkatının üzvü Cəlil Zabidov iyulun Yardımlı rayon polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə təşkilatın məlumatında deyilir.

Mənbənin məlumatına görə, onun taleyi hələ də məlum deyil. Hərəkatda güman edirlər ki, Zabidov tənqidi yazılarına və sosial şəbəkələrdə “Etiraz edirəm” heştaqı altında kampaniyada iştirak etdiyinə görə saxlanılıb.

Öz növbəsində Yardımlı rayon polis şöbəsindən bildiriblər ki, Cəlil Zabidov adlı şəxs rayon şöbəsinə gətirilməyib. Onun qohumlarına hədə-qorxular barədə məlumatlar isə həqiqətəuyğun deyil.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button