Cəbhəçilərin inzibati qaydada həbs edildiyi deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Ramid Nağıyev və Ayət İsmayılovun oktyabrın 20-də inzibati qaydada həbs olunduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna partiyadan məlumat verilib.

Bildirilib ki, cəbhəçilər Binəqədi rayon məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs olunub.

Onların İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanunu tələbinə əməl etməmək) maddəsi ilə təqsirli bilindiyi deyilir.

Partiyadan qeyd olunub ki, fəallar əslində isə syasi fəaliyyətlərinə görə həbs olunub.

Amam bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Binəqədi rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

Son həftələr Azərbaycanda oxşar ittihamlarla 10-a yaxın müxalifətçi və ictimai fəal inzibati qaydada həbs edilib.

Yaxınları onların tənqidi mövqelərinə görə şərləndiyini hesab edirlər. Amma rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim tənqidi mövqeyinə görə təqib edilmir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button