Cümhuriyyət-100: Müsavat AKM-in Almaniyada möhtəşəm bayram tədbiri – Video

Frankfurtda Müsavat AKM-in təşkilatçılığı ilə möhtəşəm tədbir keçirildi

Bu gün, mayın 19-da Almaniyanın Frankfurt şəhərində Müsavat Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) təşəbbüsü ilə  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bayram tədbiri keçirilib.

Azərbaycan Respublikası himninin oxunması ilə başlayan tədbirdə əvvəlcə Müsavat AKM-in sədriİlham Həsən tədbir iştitrakçılarını salamlayıb.

Məhəmməd Əmin Rəsulzadənin silahdaşı, Türkiyədə Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal və MSDM-in sədri İsa Qəmbər toplantıya telefon vasitəsilə qatılıblar, bütün Azərbaycan xalqını, o cümlədən Müsavat üzvlərini bayram münasibətilə təbrik ediblər.

Tədbirdə Müsavat Partiyasının başqanı Arif Hacılı, Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Müsavat başqanının müavini Səxavət Soltanlı, Müsavat AKM-in koordinatoru Eldəniz Yusibov və digərləri çıxış ediblər.

Çıxışlarda Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarının rəhbərliyi ilə Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası yaradılmasının tarixi əhəmiyyəti qeyd edilib.

Tədbirin bədii hissəsində musiqi nömrələri və vətənpərvərlik mövzusunda şerlər dinlənilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button