CHP-nin sabiq başqanı vəfat edib

Yayımlandı: 11 Fevral 2023 15:01

84 yaşlı Dəniz Baykal uzun illər beyin iflicindən əziyyət çəkirdi

Fevralın 11-də Cümhuriyyət Xalq Pariyasının (CHP) sabiq başqanı Dəniz Baykal vəfat edib.

84 yaşlı Dəniz Baykal uzun illər beyin iflicindən əziyyət çəkirdi.

Məlumatı partiyanın indiki başqanı Kamal Kılıcdaroğlu “Twitter”də yayıb.

1938-ci ildə Antalyada anadan olan Dəniz Baykal yeddi dəfə həmin şəhərin deputatı olub.

O, Ankara Universitetinin Hüquq fakültəsini bitirib. Təhsilini ABŞ-da davam etdirən D.Baykal yenidən Ankara Universitetində müəllim kimi çalışıb.

1974-cü ildə Bülent Ecevit hökumətində qurulan koalisiyada maliyyə naziri vəzifəsini icra edən D.Baykal 1978-ci ildə qurulan üçüncü Ecevit hökumətində enerji və təbii sərvətlər naziri olub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button