Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə yüksəlib

Yayımlandı: 30 İyul 2024 21:56

Azərbaycan çempionu “Linkoln”u böyük hesabla məğlub edib

“Qarabağ” iyulun 30-da UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Ağdam təmsilçisi turnirin 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Cəbəllütariq çempionu “Linkoln”la Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəlib.

Foto: “Qarabağ”ın sosial media hesabı

“Qarabağ” Cəbəllütariqdəki ilk görüşdə iki cavabsız qolla qələbə qazanmışdı.

Saat 20:00-da başlayan cavab matçı da Azərbaycan çempionunun qələbəsi ilə başa çatıb. “Köhlən atlar” 5:0 hesablı qələbəyə seviniblər.

“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə qarşılaşacaq.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button