Çeçenistanda 13 il əmək köləliyində saxlanılan buryat azad olunub

Buryatiyadan olan Andrey Berdnikov 13 il Çeçenistanda saxlandığı əmək köləliyində qurtula bilib. Kavkazr.com-un yazdığına görə, 37 yaşından əmək köləliyində saxlanılan Andrey Berdnikova sahibləri 13 il ərzində maaş verməyiblər və mütaəmadi döyüblər. O da qey edili rki, onun köləlikdən azad olunmasına və Çeçenistanı tərk etməsinə “Alternativa” hərəkatının könüllüləri yardım edib.

2000-ci illərdə SSRİ pasportu oğurlanandan sonra sənədsiz yaşayan buryatiyalıya 2010-cu ildə bir tanışı vasitəsilə ona Çeçenistanın Çernokozovo kəndində iş təklif edilib. İlk görüşdə işəgötürən ona ildə 90 min rubl maaş verəcəyini vəd etsə də o, 13 il ərzində pul üzü görməyib. İtaətsizlik etdiyinə görə döyülüb, ünsiyyət üçün verilən telefon əlindən alınıb və hərəkətlərinə nəzarət edilib.

“Alternativa” hərəkatının koordinatoru Aleksey Nikitin 13 il müddəti könüllülərin təcrübəsində rekord müddət saymır. Dediyinə görə, buryatlının belə bir vəziyyətə düşməsinin səbəbi onun heç bir sənədinin olmaması və polis məntəqələrindən keçməməsi olub. Onun düşdüyü bu vəziyyətdən heyvandarlıq təsərrüfatının sahibi istifadə edib.

“Burada fiziki həbsdən deyil, ümidsiz vəziyyətdən danışmaq olar – insanın heç bir sənədi yoxdur, hüquqi baxımdan bu, “kabusdur”. Bu, istismar üçün arqument kimi istifadə olunur”, – Nikitin bildirib.

Kavkazr.com azad olunandan sonra Berdnikov Moskvaya getdiyini və qohumlarını axtardığını, həm də Rusiya vətəndaşlığını almaq hüququnu sübut etmək üçün arxivə müraciət etməyi planlaşdırır.

Bu əmək köləliyinə cəlb edilmə ilə bağlı yeganə və sonuncu hal deyil. 57 yaşlı Sergey Busıgin bir neçə il Dağıstanın Kizlyar yaxınlığındakı kərpic zavodunda eyni vəziyyətdə işlədilib, döyülüb və hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaqla hədələnib.

Özbəkistandan olan 43 yaşlı Aleksey Samarin də təxminən üç il Çeçenistanda bir fermada əmək köləliyində olub. O da əmək köləliyində olduğu müddətdə pulsuz-parasız məcburi işlədilib və vaxtaşırı döyülüb.

Dağıstanda, Kaspiyskdə kərpic zavodunda məcburi işə gəlb edilən 44 yaşlı Altay diyarından olan Viktor Rıjkov da “Alternativa” könüllüləri azad edib. Sənədləri əlindən alınan, fiziki zorakılıqla, təhlükəsizlik qüvvələri ilə hədələnən Rıjkov hüquq müdafiəçiləri vasitəsilə qohumları ilə əlaqə saxlaya bilib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button