Çavuşoğlu ELAN ETDİ: Türkiyə Yunanıstanla yeni səhifə açır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada İsrailin xarici işlər naziri Eli Koen ilə birgə mətbuat konfransı keçirib.

Çavuşoğlu ilk dəfə bir araya gəldiklərini açıqlayıb.

“Münasibətlərimiz yeni dövrə qədəm qoyub. Yüksək səviyyədə səy göstərilib. Məsləhətləşmələrimiz ümumi maraqlar və qarşılıqlı hörmət əsasında davam edəcək” – Türkiyənin XİN başçısı deyib.

Çavuşoğlu vurğulayıb ki, Fələstin məsələsində artan gərginliyin azaldılması ilə bağlı gözləntilər var: “İki dövlətli həll səylərinə zərər verəcək vəziyyətlərdən qaçmaq istəyirik”.

Türkiyəli nazir bildirib ki, Ramazan ayında gərginlik artmamalıdır: “Məscidül-Əqsanın statusunun qorunub saxlanması vacibdir. Bu, bütün dünya və İsrailin özü üçün həssas məsələdir”.

Çavuşoğlu zəlzələ zamanı həmrəyliyə münasibət bildirib, təbii fəlakətin Yunanıstanla yeni bir səhifə açdığını vurğulayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button