
CAVİD QURBANOVUN ƏMİSİ OĞLU NİYƏ ADAM TUTDURUB?
6 Dekabr 2023
0
Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, AR CM-nin 178.3.2. 310, 312 maddələrilə haqqında ittiham irəli sürülən Babayev İlkin Əbülfəz oğlu “Xural”a müraciət edərək, qarşılaşdığı qanunsuzluqlar və haqsızlıqlarla bağlı müraciət edib.
Qeyd edək ki, 2016-cı ilə qədər polis əməliyyat müvəkkili olan İlkin Babayev bu gün həbsdə qalmasının səbəbi kimi Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin sabiq rəhbəri, hal-hazırda Rabitə və yüksək Texnologiyalar Nazirinin müavini Cavid Qurbanovun əmisi oğlu Nahid Şəmşirovun vəzifə səlahiyyətlərini aşaraq, cinayət törətmiş qardaşını istintaqdan yayındırmaq üçün bütün qanunsuz yollara əl atmasından şikayət edib. Müraciət Prezident İlham Əliyevə və mətbuata ünvanlanıb. “Cənab Prezident! Hakimiyyətdə olduğunuz dövrdən bəri, ulu Öndər Heydər Əliyevin prinsiplərinə söykənəcək, hakimiyyətdə məmur övladları və qohumlarının rüşvətxor əməllərinə, cinayətlər törətmələrinə baxmayaraq, hüquq-mühafizə orqanlarından yayınmalarına və cəzasız qalmalarına yardımçı olan məmur qohumlarına qarşı mübarizə siyasətiniz danılmazdır. Lakin anoloji faktlar yenə də mövcuddur və yenə də davam edir. 02.02.2023 – cü il tarixində rəsmi və ya qeyri-rəsmi dəvət olunmadan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunmuşam. Həbsə səbəb uzun illər dostluq etditi Şəmşirovun Nahid Rəşid oğlu mənim telefonumdan Xəlil adlı adama zəng elətdirmiş və Xəlilin Nahidə çatacaq küllü miqdarda rüşvət kimi alacağı pulu aralarında təyin edilmiş məkana gətirilməsini istəməşdir. Qeyd olunan məkana Nahidin tanışı Eldar adlı şəxs getmiş və pulu alıb Nahidə çatdırmışdır. Xəlil adlı şəxs ondan alınan pul müqabilində görüləcək işin alınmadığını başa düşdükdə Korrupsiya İdarəsinə şikayət edərək, məndən və pulu verdiyi Eldardan şikayət etmişdir. Qeyd edim ki, mən Eldarı ümumiyyətlə tanımıram. İş görmək adı ilə həmin pulu alan Nahid Şəmşirovun cinayətə cəlb olunaraq axtarışa verilməsinə baxmayaraq 9 aydır ki, o azadlıqdadır. Nahid Şəmşirov kimdir? Nahid Şəmşirov Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin sabiq rəhbəri, hal-hazırda Rabitə və yüksək Texnologiyalar Nazirinin müavini Cavid Qurbanovun əmisi oğludur. Nahid Şəmşirovun qardaşı isə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Priventiv şöbəsinin prokuroru Nicat Şəmşirovdur ki, o da bu işə xitam verilməsi məqsədilə müəyyən miqdarda pul vəsaitlərini rüşvət qismində alıb. Bu faktlarla bağlı cinayət materiallarında sübut və dəlillər mövcuddur. Bu cinayəti prokuror qardaşı Nahid Şəmşirovun törətməsi ilə bağlı kifayət qədər fakt və dəlillərin olmasına baxmayaraq, istintaq dövrü ərzində prokuror Nicat Şəmşirovun tutduğu vəzifədən və idarənin nüfuzundan sui-istifadə edərək təzyiq və tapşırıqları nəticəsində qardaşı Nahid Şəmşirov bu cinayət işinə cəlb olunmayıb, eləcə də ölkədən çıxışına məhdudiyyət qoyulmayıb. Nəticədə açıq-aşkar şəkildə korrupsiya cinayətini törədən Nahid Şəmşirov istintaqdan yayınaraq, cinayətdən kənarlaşdırılmasına şərait yaradılıb. Nihadın qardaşı Nicat Şəmşirov həmin idarədə vəzifə tutduğu üçün bu günə kimi Nihad guya tapılmır. Ümumiyyətlə, bir Korrupsiya İdarəsinin əməkdaşının qardaşının onun adından istifadə edərək vətəndaşlardan rüşvət alması faktı məhz həmin idarə tərəfindən necə obyektiv araşdırıla bilər? Artıq 10 aya yaxındır istintaq təcridxanasındayam, məhkəmə prosesləri başlayıb. Dəfələrlə müxtəlif instansiyalara etdiyim müraciətlər cavabsız qalıb. Himayəmdə 3 azyaşlı oğlan övladım var. Onlar Vətənin gələcək əsgərləridir. Hansısa məmur çətirində mühafizə olunan bir şəxsin öz cinayətlərini mənim üstümə atıb, həbs etdirməsi övladlarıma ciddi psixoloji zərbə vurur. Müraciətimi məqsədi müvafiq orqanlar tərəfindən korrupsiya cinayəti törədən, məmur qohumları tərəfindən bilərəkdən, gizlədilərək istintaqdan yayınan və hazırda guya axtarışda olan Nahid Şəmşirovun tapılaraq, istintaqa və məhkəmə orqanlarına təhvil verilməsinin qanunla təmin edilməsidir. Qeyd etmək istəyirəm ki, Nahid Şəmşirov 27 avqust 1980- il təvəllüdlüdür, AR cinayət Məcəlləsinin 178.3.2, 310, 324, 312.2.29, 178.2.1, 2.2, 2.4 maddələri ilə Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən axtarışdadır. Hal-hazırda Bakı şəhərindədir, həmişəki eyş-işrətlilə, restoran, kazino, topaz oyunları və s. həyat tərzində yaşayışını davam etdirir”. P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Az göstərin
6 Dekabr 2023
0



