“Cavab tədbirləri daha sərt olacaq” –Müdafiə Nazirliyindən düşmənə kəskin xəbərdarlıq

esger-azerbaycan

“Erməni mətbuatında Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçmiş Talış kəndi ətrafındakı yüksəkliklərin guya düşmən tərəfindən yenidən zəbt edilməsi barədə yayılan xəbərlərin heç bir əsası yoxdur və yalandır”.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi xüsusi açıqlama yayıb.

Nazirlik bu gün atəşkəs elan edilməsinə baxmayaraq, düşmənin buna əməl etməməsinin bədəlinin ağır olacağını da bəyan edib:

“Müdafiə Nazirliyi bir daha bildirir ki, Ermənistan tərəfi gün ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozmaqda davam edib və bu təxribatların qarşısını almaq məcburiyyətində qalan Silahlı Qüvvələrimizin cavab tədbirləri daha sərt olacaqdır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button