
“ÇAKIR” İŞDƏN AZAD EDİLDİ
Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb

Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Xural.org “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Qeyd edək ki, 64 yaşlı S.Mikayılov 2010-cu ildən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edirdi.



