Cahangir Əsgərov vəzifəsindən azad edilib

Yayımlandı: 1 Sentyabr 2023 20:56

Onun səlahiyyətlərini Samir Rzayev icra edəcək

“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) prezidenti Cahangir Əsgərov vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

“AZAL”a yeni prezident təyin olunanadək həmin vəzifəni müvəqqəti QSC-nin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayev icra edəcək.

Cahangir Əsgərov 2008-ci ildən “AZAL”ın prezidenti olub. 

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button