
Cəlilabad RİH: “Rayonun bir çox ərazilərində elektrik enerjisinin verilişində problem yaranıb”
Cəlilabad rayonunun bir çox ərazilərində elektrik enerjisinin verilişində problem yaranıb.
Bu barədə Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, bu gün saat 20:30 radələrində baş vermiş təbii fəlakət nəticəsində rayonun bir çox ərazilərində elektrik enerjisi təchizatında problem yaranıb.
Rayon elektrik şəbəkəsinin işçi briqadası hazırda problemin həlli istiqamətində əlaqəli olaraq aidiyyəti tədbirlər görür.
Qeyd edək ki, Biləsuvar rayonunda bir çox ərazilərində hələ də elektrik enerjisinin verilişi bərpa olunmayıb.



