
Bəxtiyar Hacıyev şərti azadlığa çıxır
Bazar ertəsi Azərbaycan Ali Məhkəməsi Əli Seyfəliyevin sədrliyi ilə gənc fəal Bəxtiyar Hacıyevin şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmasından imtina ilə bağlı kassasiya şikayətinə baxılıb.
Ali məhkəmə Hacıyevin şikayətini təmin edib və onun şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması və hökmün dərhal icrası haqqında qərar qəbul edib.
Bununla belə, Hacıyevin cəza müddətinin qalan 9 ayı ərzində Azərbaycanı tərk etməsi qadağan edilib.
Qalan cəzanın şərti olaraq çəkilməsinin icrasına nəzarət Gəncə şəhəri, Nizami rayon məhkəməsinə tapşırılıb.
Hacıyev özü kassasiya şikayətinə baxılması prosesində iştirak etməyib.
* Qeyd edək ki, Bəxtiyar Hacıyev 4 mart 2011-ci ildə saxlanılıb, mayın 18-də isə orduda xidmətdən yayınma ittihamı ilə iki il azadlıqdan məhrum edilib. Lakin onun həbsinin əsl səbəbi aktiv siyasi fəaliyyətidir. O, 2010-cu il parlament seçkiləri zamanı saxtalaşdırmaları ifşa edib və sosial şəbəkələrdə buna dair video görüntülər yerləşdirib. Amnesty İnternational Hacıyevi “vicdan məhbusu” kimi tanıyıb.
Qaradağ rayon məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi Hacıyevin şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması haqqında müraciətlərini təmin etməyib.
http://contact.az/docs/2012/Politics/06046338az.htm




