
Bəxtiyar Hacıyev girov qarşılığında azadlığa çıxa biləcək?

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin olunmayıb.
“Bəxtiyar Hacıyevin vəkilləri Bəxtiyarın girov qarşılığında azadlığa çıxması üçün müraciət etmək qərarına gəliblər. Belə ki, qətimkan tədbirləri ilə bağlı apellyasiya məhkəməsi sonuncu instansiyadır. Ona görə bundan sonra Hacıyevin girov müqabilində azadlığa çıxması üçün Xətai Rayon Məhkəməsinə müraciət etmək qərara alınıb.
Bundan başqa, vəkillər tərəfindən Bəxtiyar Hacıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına köçürülməsi üçün müraciət edilib.
Vəkilləri onun aclıq etdiyini bildirir. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən isə Azadlıq Radiosuna bildirilib ki, B.Hacıyev həkim nəzarətindədir.



