
Bəxtiyar Ersay Azərbaycandakı vəzifəsindən azad olundu
O. Türk Ordusunun 1-ci Ordu komandanı təyin edilib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri Bəxtiyar Ersay vəzifəsindən azad olunub.
Xural.org “qafqazinfo”ya istinadən xəbər verir ki, bu, onun Türkiyədəki yeni vəzifəsi ilə əlaqədardır.
Belə ki, Bəxtiyar Ersay bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Quru Qoşunları Komandanlığının tabeliyindəki General artıq yeni vəzifəsinin icrasına başlayıb və 1-ci Ordunun komandanı kimi “Teknofest” festivalına qatılıb.
Xatırladaq ki, avqustun 5-də B.Ersaya ordu generalı rütbəsi verilib. O, 2022-ci ildən Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsində çalışır.



