
BU GÜN AZƏRBAYCANDA SEVGİLİLƏR GÜNÜDÜR!
İlhamla Fərizənin toy günlərinin tarixi...

Bu gün Azərbaycanda Sevgililər Günüdür. Bu münasibətlə günün yaradıcısı Əvəz Zeynallı özünün facebook səhifəsində paylaşım edib. Paylaşımda deyilir:
“BU GÜN SEVGİLİLƏR GÜNÜDÜR!
Tanrı heç bir millətə belə gün göndərmədi. 2003-cü ildən “Xural”ın başlatdığı marafon artıq Azərbaycanın günü olub – ən əziz günlərindən biri.
30 İyun əziz şəhidlərimiz İlhamla Fərizənin 1989-cu ildə keçirilən toy günlərinin tarixidir. Bütün gəncləri bu gün münasibətilə təbrik edirəm! Sevin və sevilin!
Elə sevin ki, uğrunda ölə biləsiniz – Fərizə kimi! Elə sevilin ki, uğrunuzda ölünsün – İlham kimi! Biz sevə və sevdiyimiz uğrunda ölə bilirik!
SEVGİLİLƏR GÜNÜNÜZ MÜBARƏK OLSUN!”



