
Britaniya səfiri: “Azad olunan ərazilərdə aparılan yenidənqurma işlərini alqışlayırıq”
“BMT-nin İqlim Dəyişikliyi ilə mübarizəyə həsr olunan (COP26) tədbirində çıxış etməkdən məmnun qaldım”.
Xural.com xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tviter hesabında yazıb.
“Azad olunan ərazilərdə aparılan bərpa-yenidənqurma işlərini alqışlayırıq. Daha iddialı iqlim hədəflərinin irəli sürülməsini arzulayırıq”, – diplomat vurğulayıb.



