Britaniya hökumətindən ukraynalı qaçqınlara jest

Yayımlandı: 27 Fevral 2023 17:48

Üç min nəfərə pulsuz “Eurovision” bileti veriləcək

Ukrayna-Rusiya müharibəsindən zərər çəkmiş üç min ukraynalı bu il İngiltərənin Liverpul şəhərində keçiriləcək “Eurovision” beynəlxalq mahnı müsabiqəsini pulsuz izləyə biləcək.

Bu haqda Britaniyanın Mədəniyyət Nazirliyi rəsmi məlumat yayıb.

Ukraynalılara təxminən üç min bilet veriləcəyini açıqlayan İngiltərə, 10 milyon funt sterlinqlik bir fond hesabı yaratdıqlarını bildirib.

Hökumət bu pulun Ukraynalı sənətçilərə dəstək olacağını qeyd edib.

2022-ci ildə “Eurovision”un qalibi Ukrayna olub.

Lakin Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını nəzərə alaraq, ikinci yeri tutan Böyük Britaniya mahnı müsabiqəsinə onun adından ev sahibliyi edəcək.

“Eurovision-2023” mayın 9-dan 13-dək Liverpulda keçiriləcək.

Avropa Yayım Birliyi Ukraynada başlatdığı hərbi əməliyyatlara görə Rusiyanın müsabiqədə iştirakını 2022-ci ildən əngəlləyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button