Böyük Britaniyanın baş naziri təhlükəsizlik kəməri taxmadığı üçün cərimələnib

Bu arada baş nazirin hadisəyə görə üzrxahlığının yayıldığı bildirilir

Böyük Britaniyanın baş naziri Rişi Sunak yanvarın 20-də təhlükəsizlik kəməri taxmadan avtomobildə oturduğu üçün polis tərəfindən cərimələnib.

Baş nazir ölkənin şimalındakı Lankaşirə ezamiyyətdə olarkən cinayət törətməkdə təqsirli bilinib.

BBC-nin məlumatına görə, Lankaşiredə polisin “42 yaşlı kişinin” cinayətə görə cəzalandırıldığı təsdiqlənib. Bu arada hadisəyə görə baş nazirin ofisi onun üzrxahlığını yayıb.

Sunak motosikletçi mühafizəçilərin müşayiəti ilə şirkət avtomobilinin arxa oturacağında olub. O, sosial şəbəkədə video çəkdirərkən bir neçə dəqiqə kəməri açdığını bildirib.

Böyük Britaniyada təhlükəsizlik kəməri taxmadan avtomobil idarə etməyə görə cərimə 100 funt sterlinqdir (123 dollar və ya 209 manat). Əgər məsələ məhkəməyə gedərsə, bu zaman cərimə 500 funt sterlinqə qədər qalxır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button