Botanika İnstitutuna yeni icraçı direktor təyin olunub

İntitutun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva Botanika İnstitutunun Elmi Şuranın növbəti iclasında İnstitutun icraçı direktoru vəzivəsinə təyin olunmuş biologiya elmləri doktoru, dosent Şakir Qasımovu kollektivə təqdim edib.

İclasda institutun Eksperimental botanika şöbəsi, Təhsil şöbəsi, Elmi informasiya və innovasiya şöbəsi və İctimaiyyətlə əlaqələr şöbəsinin 2021-ci il üçün illik hesabatları dinlənilib. Məruzələr ətrafında yaranan suallar cavablandırılıb və hesabatlar qənaətbəxş hesab olunub. Sonda İnstitut üzrə 2021-ci ildə əldə olunmuş mühüm nəticələrə dayir geniş müzakirələr aparılıb, şura üzvləri müzakirə olunan məsələlər barədə fikir və təkliflərini bildiriblər.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button