Boris Conson: “Britaniya 1000 hərbçisini hazır vəziyyətə gətirib”

Boris Conson: Britaniya 1000 hərbçisini hazır vəziyyətə gətirib

“Böyük Britaniya humanitar böhrana cavab vermək və Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə yardım göstərmək üçün 1000 hərbçisini hazır vəziyyətə gətirib”.

Bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Conson deyib.

“Hərbi əməliyyatlara hazırlıq gedir. İqtisadi sanksiyalar hazırlanır. Amma biz Rusiya ilə dialoqun davam etdirilməsinin tərəfdarıyıq”, – o qeyd edib.

B.Conson həmçinin hazırkı durumu təhlükəli hesab etdiyini söyləyib: “Çünki son onilliklərdə Avropada belə böhran yaşanmayıb”.

Qeyd edək ki, B.Conson bu gün Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb. Müzakirədən sonra tərəflər birgə brifinq keçiriblər.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button