Borel: “Aİ Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik istiqamətində fəaliyyətini davam etdirir”

“Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik istiqamətində fəaliyyətini davam etdirir”.

Bunu Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borel Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünə dair tviterdə yazıb.

O xatırladıb ki, görüş zamanı Aİ Şurasının Prezidentinin vasitəçiliyi ilə üçtərəfli müzakirələrin yenidən başlanması müsbət qarşılanıb: “Biz həmçinin Aİ-Azərbaycan münasibətlərinə dair fikir mübadiləsi apardıq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button