
BİT –da Azərbaycan bayrağı ucaldıldı
Bakı İstintaq Təcridxanasının yeni təyin olunmuş rəisi Azər Seyidov BİT-nın İnzibati binasının qarşısında Azərbaycan bayrağının ucaldılması ilə bağlı göstəriş verib. Az müddət ərzində BİT-də ündürlüyü 15 metr olan dirəyə birləşdirilmiş 3x2m ölçüsündə olan dövlət bayrağı, 8 guşəli formada tikilmiş təcridxananın mərkəzində yerləşdirilib. Səhərləri bayrağın həzin səsi ilə qarşılayan təqsirləndirilən şəxslər, gecənin qaranlığında bayrağın işıqlandırılmasını da razılıqla qarşılayıblar. Xüsusilə də siyasi sifarişlə həbs olunan təqsirləndirilən şəxlər bunu həm də dövlətçilik naminə həyata keçirilmiş ən yaxşı əlamət hesab edirlər.
A.Seyidovun bayraq haqqında çox duyğusal şeirlər söyləməsi də BİT işçilərinin nəzərindən qaçmayıb. Ümumilikdə isə BİT-də Azərbaycanın dövlət bayrağının ucaldılması yeni rəisin dövlət rəmzlərinə olan hörmət və ehtiramı kimi dəyərləndirilib.
XuralTAC




