
Binəqədidə yanğınla müşayiət olunan partlayış baş verib
Yanvarın 15-də paytaxt Bakının Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğınla müşayiət olunan partlayış baş verdiyi bildirilir.
Fövqəladə Hallar Nazirliyindən deyilib ki, əraziyə onların müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də “Turan”a bildurilib ki, yanğınla əlaqədar polis əməkdaşları əraziyə gətirilib.
Qurumdan qeyd olunub ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə deyilib ki, hadisə yerinə dərhal 15 təcili yardım briqadası cəlb olunub: “Əlavə məlumat veriləcək”.
Yerli saytların hadisə yerində olan müxbirlərinin verdiyi məlumata görə, ölənlər və yaralananlar var.



