Biləsuvarda yaşayış binası partladı

Dağıntılar altında qalan 2 nəfər xilas edilib

Aprelin 24-də saat 19 radələrində Biləsuvar rayonunda partlayış baş verib. Hadisə Heydər Əliyev prospekti 5 ünvanında yaşanıb.

Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşlarının ilkin araşdırmalardan sonra gəldiyi nəticəyə görə, partlayış qaz sızması üzündən baş verib.

Hadisə ilə əlaqədar Biləsuvar Rayon Prokurorluğu məlumat yayıb.

“İndiyə qədər dağıntılar altında qalan iki nəfər xilas edilərək, xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə işləri davam etdirilir”, – məlumatda bildirilir.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

The post Biləsuvarda yaşayış binası partladı appeared first on MEYDAN.TV.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button