BİAM GÜNEY ÜÇÜN RASİONAL DÜŞÜNCƏNİ BÖLÜŞÜR

SOYDAŞLARIMIZIN İNDİKİ DURUMDA FƏALİYYƏT PRİNSİPLƏRİ

Düzgün olan “bərabər hüquqlar”, “ana dilində təhsil”, “ədalətli regional inkişaf”, “konstitusion hüquqlar”ın önə çəkilməsidir. Bütün radikal çağırışlardan imtina edilməlidir. Unudulmamalıdır ki, hüquq dili qoruyur, ultimatum dili hədəfə çevirir.

SOYDAŞLARIMIZ NƏLƏRİ ETMƏMƏLİDİR
Silahlı ritorika, xarici güclərin alətinə çevrilmək, tələsik “tarixi fürsət” romantizmi, küçə emosiyasını strategiya saymaq ciddi yanlışlıqlar olar. Bunlar qısa müddətdə səs gətirə bilər, amma uzun müddətdə ciddi itkilər səbəb ola bilər.
“QALİBİYYƏT” NECƏ ANLAŞILMALIDIR?
Bu günün şərtləri ilə Güney Azərbaycanda qalibiyyət kimliyin qorunması, hüquqi mövqenin güclənməsi, gələcək üçün imkan pəncərəsinin açıq qalmasını təmin etməkdədir. Bu strateji qələbə imkanlarını daha da artıran yoldur.
BİAM-ın PRİNSİPİAL MÖVQEYİ
BİAM bu mövzuda emosiya ixrac etməyi yanlış bilir, ağıl və yol xəritəsi ixrac etməyi məqbul sayır, soydaşları riskə atan çağırışlardan uzaq durmağı doğru hesab edir.
BİAM-IN DOĞRU HESAB ETDIYI MÖVQE
“Biz soydaşlarımızın hüquqlarını müdafiə edirik, amma onların təhlükəsizliyini hər şeydən üstün tuturuq.” Bu, həm milli, həm məsuliyyətli, həm də dövlət ağlına uyğun mövqedir.
İranda proseslər uzun dalğalıdır.
Qazananlar hayqıranlar yox, səbrlə mövqe quranlar olacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button