BƏYLƏR ƏYYUBOV XÜSUSİ İMTİYAZLI QRUPA ƏLAVƏ OLUNDU

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb

Nazirlər Kabineti “Aeroportlarda (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərinin Siyahısı”nın təsdiq edilməsi haqqında 29 oktyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib.

Xural.org axar.az-a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, siyahıya Prezidentin Katibliyinin rəisi və onun müavini əlavə olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi Bəylər Eyyubovdur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button