Beş qəsəbənin yolları üçün 4, 4 milyon vəsait ayrıldı

Yayımlandı: 3 Noyabr 2022 16:00

Avtomobil Yolları Dövlət Agentliyi Xəzər rayonundakı qəsəbələrin yollarını yenidən qurmalıdır

Prezident İlham Əliyev Bakının Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə əlaqədar növbəti dəfə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan və Zirə qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən Avtomobil Yolları Dövlət Agentliyinə 4,4 milyon (dörd milyon dörd yüz min) manat ayrılıb.

Maliyyənin ayrılması məqsədilə Maliyyə Nazirliyinə göstəriş verilib.

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinə 2019-cu il dekabrın 5-də də dövlət büdcəsindən 11,8 milyon (on bir milyon səkkiz yüz min) manat, 2021-ci il sentyabrın 16-da isə 5,0 (beş) milyon manat vəsait ayrılıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button