Berlində Azərbaycan səfirliyi önündə aksiya keçirilib

Yayımlandı: 24 Dekabr 2022 21:08

Aksiyaçılar “Siyasi məhbuslara azadlıq!” tələb ediblər

Dekabrın 24-də bir qrup azərbaycanlı mühacir Almaniyanın paytaxtı Berlində Azərbaycan səfirliyi qarşısında aksiya keçirib.

Bu barədə keçmiş siyasi məhbus Əfqan Muxtarlı “Facebok” səhifəsində məlumat paylaşıb.

Əfqan Muxtarlı yazıb ki, onlar Avropanın sonuncu diktatoru İlham Əliyevin represiyalarına etiraz olaraq Azərbaycan səfirliyi önündə “Siyasi məhbuslara azadlıq!” tələbi ilə aksiya keçiriblər.

Bu gün DAS (Demokratik Azərbaycanı Seç) təşkilatı Dortmund şəhərində “Ruhr Nachrichten” qəzetinin önündə və Şəhərin Mərkəzində “Siyasi məhbuslara azadlıq və beynəlxalq qanunlara hörmət” adlı aksiya keçiriblər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button