Benzin üçün aksiz dərəcələri azaldılıb…

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisinə gətirilən malların aksiz dərəcələrində dəyişiklik edib.

Bununla bağlı fevralın 29-da baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, 2024-cü ilin sonuna kimi 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib.

Eyni zamanda, qazoyllar, o cümlədən dizel yanacağı üçün aksiz dərəcəsi 80 manatdan 1 manata endirilib.

Nazirlər Kabinetinin digər qərarı ilə ilin sonuna kimi qeyd edilən benzin və qazoyllar, o cümlədən dizel üçün 15 faiz gömrük rüsumu ləğv edilib.

Qərar 2024-cü il martın 1-dən qüvvəyə minir.

Bu gün martın 1-dən Rusiya benzin ixracına altı aylıq qadağa qoyub. Azərbaycan Rusiyadan benzin idxal edir.

Bəzi ekspertlər bu səbəbdən Azərbaycanda benzinin bahalaşacağını təxmin edirdilər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button