Baydenlə Netanyahu İranın zərbəsinə İsrailin reaksiyasını müzakirə edəcək

Medianın yazdığına görə, ABŞ prezidenti Co Bayden (Joe Biden) oktyabrın 9-da İsrailin baş naziri Benyamin Netanyahu ilə danışacaq. Bu arada İsrail qüvvələri Livanın cənubunda İranın dəstəklədiyi “Hizbullah” silahlılarına qarşı quru hücumunun tempini artırır.

“Reuters” və “Axios” məsələdən agah və anonimlik şərtilə danışan şəxslərə istinadla yazırlar ki, danışıqlarda Tehranın İsrailə qarşı ötənhəftəki raket zərbəsinə cavab olaraq İrana mümkün zərbələrlə bağlı plan da müzakirə ediləcək. İran raket zərbəsini “Hizbullah” lideri Həsən Nəsrullahın İsrail tərəfindən qətlinə cavabında həyata keçirmişdi.

Bayden və Netanyahu avqustdan bəri ilk dəfə danışıq aparacaq.

ABŞ “Hizbullah”ı terrorçu hesab edir, Aİ isə yalnız onun silahlı qanadını qara siyahıya salıb.

“Hizbullah” oktyabrın 9-da bildirib ki, döyüşçüləri Livanın sərhəd Labune kəndində İsrail qoşunlarına qarşı artilleriya və raketlərə əl atıblar.

Qruplaşma başqa bir bəyanatında qeyd edir ki, cənub-şərqi Livanda Blida sərhəd şəhərinə girməyə çalışan İsrail qüvvələri ilə döyüşə giriblər.

İsrail həmçinin Nəsrullahın varisinin məhv edildiyinin ehtimal olunduğunu bildirib. Netanyahu bu məlumatı “”Hizbulah”ın gücünü azaltmışıq” sözləri ilə reaksiya verib.

Nəsrullahın xalası oğlu Haşim Səfiəddinin qruplaşmanın lideri elan olunacağı gözlənilirdi. İsrailin oktyabrın 2-də “Hizbullah” liderlərinin toplantısına zərbə endirdiyini bildirməsindən sonra onun harada olduğu bəlli deyildi.

“Hizbullah” Səfiəddinin taleyi barədə şərh verməyib. Onu Birləşmiş Ştatlar qlobal terrorçu elan etmişdi.

ABŞ-nin vitse-prezidenti Kamala Harris CBSTV-nin “60 Minutes” proqramına müsahibəsində İranı ölkəsinin ən böyük düşməni saydığını deyib.

“İranın əllərində amerikalıların qanı var. İsrailə yalnız bu hücumda gördüyümüz 200 ballistik raketdir. Biz İranın heç vaxt nüvə dövləti olmasına imkan verməməliyik – bu, mənim ən böyük prioritetlərimdən biridir”, – o deyib.

İranın nüvə silahı hazırlamasına dəlil üzə çıxarsa, Birləşmiş Ştatlar hərbi tədbirə əl ata bilərmi? 5 noyabr seçkisində demokratların prezidentliyə namizədi Harris bu suala cavab verməyib.

Tehran belə silahlar hazırlamadığını, nüvə proqramının dinc məqsədli olduğunu deyir.

Bu arada “Hizbullah” İsraillə atəşkəs üzrə danışıqlara tərəfdar olduğunu bildirib. Qruplaşma liderinin müavini Naim Qasım televiziya ilə çıxışında ilk dəfə Qəzzada müharibənin bitməsini Livanda İsraillə atəşkəs üçün ilkin şərt kimi səsləndirməyib.

Qasım deyib ki, “Hizbullah”ın müttəfiqi, Livan parlamentinin spikeri Nabih Berri atəşkəs səylərini dəstəkləyir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button