
Bastrıkin qəzanın üstünü basdıracaqmı?
Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri və Azərbaycanın baş prokuroru Aktauda baş vermiş fəlakətin araşdırılmasını müzakirə ediblər
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinlə Azərbaycanın baş prokuroru Kamran Əliyev arasında telefon danışığı olub. İstintaq Komitəsinin yaydığı məlumatda deyilir ki, tərəflər “Azərbaycan Hava Yolları”nin təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasını müzakirə ediblər.
“Biz Rusiya müstəntiqləri və kriminoloqlarının Azərbaycan və Qazaxıstanın istintaq-əməliyyat qruplarından olan həmkarları ilə hərtərəfli qarşılıqlı fəaliyyətindən danışdıq”, – mesajda deyilir.
Aleksandr Bastrıkin əmin edib ki, Rusiya tərəfində bu işə İstintaq Komitəsinin mərkəzi aparatının təyyarə qəzasının araşdırılması sahəsində ən təcrübəli əməkdaşları cəlb olunub. Onun sözlərinə görə, onlar qəzanın bütün səbəblərini və şəraitini müəyyən etməlidirlər, hesabatda qeyd olunub.



