
Baş Prokurorluq: “Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 135 uşaq ölüb”
Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 135 uşaq ölüb, 180-dən çox uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında deyilir.
Ölən və yaralanan uşaqların sayı baxımından ən çox “zərər çəkmiş” vilayətlər bunlardır: Kiyev – 64, Xarkov – 44, Donetsk – 46, Çerniqov – 34, Nikolayev – 25, Zaporojya – 26, Jitomir – 15, Xerson – 15, Sumi – 14. Kiyev şəhərində isə bu göstərici 16-dır.
Məlumatda o da vurğulanır ki, gündəlik bombardman və top atəşləri nəticəsində 566 təhsil müəssisəsi zərər görüb, onlardan 73-ü tamamilə dağıdılıb. 230-dan çox məktəb, 155 uşaq bağçası zərər görüb və dağıdılıb.



