Baş nazir Rəcəb Tayyib Ərdoğan ikinci dəfə əməliyyat keçirib

12.02.2012

Türkiyə Nazirlər Kabinetinin açıqlamasında qeyd olunur ki, Rəcəb Tayyib Ərdoğan mədə-bağırsaq sistemində ikinci dəfə əməliyyat keçirib. 

Qeyd edək ki, Türkiyənin baş naziri birinci dəfə oktyabrın 26-da mədə-bağırsaq sistemindən əməliyyat edilib.  Bu dəfə əməliyyatın ikinci, sonuncu mərhələsi aparılıb. Cərrahi əməliyyat 30 dəqiqə çəkib. Rəcəb Tayyib Ərdoğanın səhhətinin son dərəcə yaxşı olduğu və gələn həftə ərzində işə çıxacağı bildirilib: “Hörmətli baş nazirimizin 26 noyabr 2011-ci ildə keçirilən həzm sistemi əməliyyatının ikinci və son mərhələsə 30 dəqiqəlik bir prosedurla tamamlanıb; başlanğıcda planlaşdırıldığı kimi müalicə prosesi sona çatdırılıb. Baş nazirimizin səhhəti çox yaxşıdır. Həftə içində normal iş qrafikinə başlamağı planlaşdırmaqdadır”.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button