
Bakıyla Yerevan yenə biri-birini atəşkəs pozuntusunda ittiham edir
Müdafiə Nazirliyi aprelin 23-də Azərbaycan ordusunun Laçın rayonunun Minkənd istiqamətindəki mövqelərinin Ermənistan tərəfindən atəşə tutulduğunu bildirir.
Məlumatda hadisənin saat 15:10 radələrində qeydə alındığı bildirilir. Ordunun adekvat cavab verdiyi bildirilir.
Ermənistan Müdafiə nazirliyinin elə həmin gün yaydığı məlumatda Skot rayonu ərazisindəki mövqelərinin Azərbaycan ordusu tərəfindən atəşə tutulması nəticəsində bir hərbçini itirdiyini bildirir.
Amma Azərbaycanın Müdafiə Nazirliyi erməni əsgərin Azərbaycan tərəfinin açdığı atəş nəticəsində ölməsi ilə bağlı məlumatı təkzib edib.



