Bakının mərkəzində etiraz aksiyası keçirilib – VİDEO

“Tərtər işi” üzrə məhkum olunanların ailə üzvləri və yaxınları bu gün prezident administrasiyası qarşısında ittihamlara yenidən baxılması tələbi ilə qanunsuz aksiya keçirməyə cəhd ediblər. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Aksiya saat 11:00-a təyin edilib. Metronun “İçərişəhər” stansiyasına toplaşan etirazçılar oradan Prezident Administrasiyasına gediblər. Lakin gücləndirilmiş polis dəstələri və Daxili İşlər Nazirliyinin çevik reaksiya alayı onların yolunu kəsib.

Polis etirazçıların iki nümayəndəsini prezident administrasiyası tərəfinə keçməyə dəvət edib. Lakin sonra onlar geri qayıdaraq, aksiya iştirakçılarının ərizələrini qəbul ediblər. Deyilənlərə görə ərizələr Prezident Aparatının müvafiq şöbələrinə təqdim olunub.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuata açıqlamasında bildirib ki, asayişin pozulması hallarına yol verilməyib:

“Polis əməkdaşları asayişin mühafizəsinə cəlb olunub və həmin şəxslərlə profilaktik söhbət aparıblar. Bundan sonra həmin şəxslər ərazini tərk ediblər. Heç bir insident qeydə alınmayıb, asayişin pozulması hallarına yol verilməyib”.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button