BAKININ MƏRKƏZİNDƏ NİYƏ QAZ YOXDUR?!-VİDEO

Murtuza Muxtarov küçəsindən şikayətlər var

Bakının mərkəzində yerləşən Murtuza Muxtarov küçəsinin sakinləri qazın tez-tez kəsilməsindən şikayət edirlər. Sakinlərin Xural.org-a etdikləri şikayətə görə, xüsusilə gecə saatlarında qazın dayandırılması artıq adi hala çevrilib və bu vəziyyət insanlarda ciddi narazılıq yaradır.

Sakinlər bildirirlər ki, demək olar hər gün qaz kəsilir və hazırda da küçədə qaz yoxdur. Onların sözlərinə görə, belə vəziyyət xüsusilə mübarək gecələrdə insanların həyatını çətinləşdirir.

Narazılıq doğuran əsas məqamlardan biri isə Azərbaycanın Avropaya qaz ixrac edən ölkə olması fonunda paytaxtın mərkəzində belə problemlərin yaşanmasıdır. Sakinlər hesab edir ki, bu vəziyyət izaholunmazdır və məsul qurumlar tərəfindən araşdırılmalıdır.

Murtuza Muxtarov küçəsində yaşayan vətəndaşlar bildirirlər ki, davamlı qaz kəsintiləri insanların gündəlik həyatına ciddi təsir edir və bu özbaşınalığa son qoyulmasını istəyirlər. Onlar aidiyyəti qurumların məsələyə operativ reaksiya verməsini və problemin həllini tələb edirlər.

 

Xural.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button