Bakının mərkəzində partlayış və yanğın

09.04.2012 

Aprelin 9-da təxminən saat 21.00-də Rəsul Rza və Dilarə Əliyeva küçələrinin kəsişməsində tikilməkdə olan hündür binada partlayış və güclü yanğın baş verib.

Yanğın binanın 4 mərtəbəsini əhatə edir və genişlənirək digər tikilməkdə olan binaya da keçib.

Turanın müxbirinə  hadisə yerində tikintidə işləyən fəhlələr bildirib ki, qaynaq işləri zamanı qığılcım baş verib. Amma onlar buna əhəmiyyət verməyiblər. Fəhlələr  işi  qurtarıb getdikdən sonra isə alovlanma baş verib və qaynaq işləri üçün nəzərdə tutulan qaz apparatında partlayış baş verib.

Partlayışın gücü o qədər möhkəm olub ki, bir neçə yüz metr radiusda binaları silkələyib.

Bu şəhərin mərkəzində panika yaradıb və kafe və mağazalarda olan insanlar qorxudan dərhal küçələrə çıxıb.

Zərərçəkənlər barədə məlumat yoxdur. Amma hadisə yerinə çoxlu sayda təcili yardım maşınlara gəlib. Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb.

Partlayış yerinin yaxınlığında yəhudi sinaqoqası yerləşir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button