Bakının iki qəsəbəsində epidemiyanın səbəbi açıqlanıb

Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələrində Hepatit A virusuna (sarılıq) yoluxma hallarının orta məktəb və məktəbəqədər təhsil müəssisəsində baş verdiyi müəyyən edilib.

Bu barədə Səhiyyə Nazirliyi yanvarın 23-də məlumat yayıb.

Nazirlik epidemioloji vəziyyətlə əlaqədar ərazilərdə içməli suyun mikrobioloji göstəricilərinin yoxlanılması üçün monitorinqlərin sayını artırdığını bildirir.

O da qeyd edilir ki, monitorinqlər “Azərsu” ASC-nin əhaliyə verdiyi içməli suyun mikrobioloji göstəricilərinin standart və normalara cavab verdiyini göstərib.

Hazırda epidemiolojin vəziyyətin nəzarət altında olduğu, yoluxmaların azaldığı vurğulanır. Səhiyyə Nazirliyi su xətləri və çənlərinin yuyulub-təmizləndiyini də bildirir, əhalini gigiyena qaydalarına riayət etməyə çağırır.

Ötən ilin sonundan Əmircan və Bülbülə qəsəbələrində Hepatit A virusunun yayıldığı bildirilir. Ötən ilin noyabrında həmin virus ölkənin bir neçə rayonunda da yayılmışdı. Həkimlər Hepatit A virusunun əsas mənbələri olaraq çirkli su, çirkli qidalar və yoluxmuş insanlarla təması göstərirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button