Bakıdakı psixoloji mərkəzdə uşaqlara edilən zorakılıqla bağlı araşdırma başlanıb

Bakıdakı özəl psixoloji mərkəzdə azyaşlı uşaqlara qarşı zorakılıq faktları üzrə polis araşdırmaya başlayıb.

“Turan” İnformasiya Agentliyi Daxili İşlər Nazirliyini mətbuat xidmətinə istinadla bildirir ki, uşaqlara əziyyət verən mərkəz əməkdaşlarının şəxsiyyəti müəyyən edilib.

Sentyabrın 2-də sosial şəbəkələrdə uşaqlara qarşı psixoloji və fiziki zorakılığa dair video görüntülər yayılıb.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadənin sözlərinə görə, bu qanunsuz hərəkətlər Bakının Nizami rayonunda yerləşən “Mehnur” psixoloji- loqopedik mərkəzdə törədilib.

Səhiyyə Nazirliyindən də bildiriblər ki, Səhiyyə, Daxili İşlər nazirlikləri, Baş Prokurorluq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ictimai təşkilatlar və digər dövlət strukturlarının nümayəndələrinin iştirakı ilə idarələrarası işçi qrupu videogörüntüləri araşdırmağa başlayıb.

“Report” isə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla hadisə ilə bağlı saxlanılanların olduğunu və onlara qarşı Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi başlanıldığını və araşdırmalar aparıldığını bildirir.

Hələki hadisənin baş verdiyi iddia olunan özəl tibbi müəssəsinin baş verənlərlə bağlı hər hansı bir açıqlaması yoxdur.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button