Bakıdakı aksiya haqda rəsmi məlumat

Bakının mərkəzində bir qrup şəxs “Saleh Rüstəmova azadlıq” tələbi ilə aksiya keçirməyə cəhd edib. 

Bununla bağlı Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb. Həmin məlumatı təqdim edirik:

“Dekabrın 15-də saat 12 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

Bakıdakı aksiya haqda rəsmi məlumat

Cəhdin qarşısı alınaraq həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.

Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanuni tələblərinə riayət etməyən bir neçə nəfər saxlanılıb və xəbərdarlıq edildikdən sonra onlar sərbəst buraxılıblar”.

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button